D.Rikkardo: “Sıralanma turunda hər şey fərqli olur”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Mercedes və Ferrari sıralanma turunda daha güclü olacaqlar.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Monakoda birinci və ikinci sərbəst yürüşlərdə protokollara başçılıq edib. Komanda yoldaşı Ferstappeni 0.194 saniyə qabaqlayan 28 yaşlı pilot Fetteldən 0.572, Həmiltondan isə 0.695 saniyə sürətli olub.

Daniel Rikkardo: “Sıralanma turunda Mercedes və Ferrari kimi sürətli ola bilmirik. Onlar bu fərqi şənbə günü bağlayacaqlar. Amma yaxşı dövrə vursaq, çox yaxşı şansımız ola bilər. Sıralanma turunda əsas işim bu olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*