D.Rikkardo: Simulyatorda işləmək xoşuma gəldi

Avstraliyalı sürücü Milton Keynsdəki simulyatorda işləməyin onun yarışlara olan həvəsini geri qaytardığını deyib.

F-1.az xatırladır ki, Daniel bu il özünü yetişdirən Red Bull komandasına ehtiyat sürücü kimi qayıdıb.

Daniel Rikkardo: “Bu il Red Bull simulyatorunda keçirdiyim ilk günüm, yəqin ki, simulyatorda işlədiyim ən əyləncəli gün idi. Bundan əvvəl, demək olar ki, üç aya yaxın maşınidarə etməmişdim. Hisslər olduqca parlaq və təravətli oldu. Özümü yenidən çoxlu xoş xatirələr doğuran bir mühitdə tapdım. Mən müsbət atmosfer hiss etdim. Əvvəllər yarış mühəndisim olan Simon mənimlə seans keçirdi, çox güldük. Yaxşı gün oldu.

Simulyator işləyən bir vasitədir. İşə gəlirsən, tapşırığı tamamlayır və gedirsən. Amma yadımdadır, sessiyanın sonunda kimsə “bəsdir, siz artıq çox dövrə vurmusunuz” dedi və mən cavab verdim: “Yox, yox. Daha bir dövrə. Mən bunun öhdəsindən daha yaxşı gələcəyəm”. Və indi məni sükan arxasından çıxara bilməyəcəyi barədə zarafat etməyə başladıq.

Əvvəllər hər şey başqa idi. Yaşlandıqca, bütün darıxdırıcı işlər olmadan yarışmaq istədim. Mən yalnız yarışdan həzz alırdım, indi isə birdən simulyatorda işləmək xoşuma gəldi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*