F-1.az xatırladır ki, avstraliyalı sürücü karyerasının ilk Formula1 yarışına 2011-ci ildə Silverstounda çıxmışdı.
Daniel Rikkardo: “Formula1-dəki ilk yarışıma Silverstounda çıxmışdım. Buna görə də bu trasın məndə yeri başqadır. Burada gözəl yarışlar olur və bu yarışları səbirsizliklə gözləyirəm.
Monrealdakı yarış çətin olsa da, dərs çıxarmalıyıq. Silverstounda hücum etmək üçün yerlər var. Görək bu maşınlarda vəziyyət necə olacaq. Ümid edirəm ki, xal qazanarıq. İngiltərədə bizim komandanı çox dəstəkləyirlər. Əlimizdən gələni edəcəyik”.