F-1.az xatırladır ki, Lyuis Həmilton mövsümə pis başlamış, lakin Monako Qran Prisindən etibarən möhtəşəm çıxış edərək 43 xallıq fərqi bağlamış, çempionluq yarışında ilk sıraya yüksəlmişdi. Lakin son yarışlarda üstünlük yenidən Rosberqin tərəfinə keçib və alman sürücü Sinqapurda 8 xallıq üstünlüklələ birinci yerə qayıdıb.
Daniel Rikkardo Nikonun son yarışlardakı çıxışına təəccübləndiyini etiraf edib: “Lyuis yay fasiləsindən əvvəl Niko ilə arasındakı xal fərqini artırandan sonra bu il heç kimin onu keçə bilməyəcəyini düşündüm. Lakin Niko qayıtdı. Bir qədər cəsarətli proqnoz vermək istəyirəm: Bu ilin çempionu Niko olacaq!
Yarışdan sonra podiumda qəribə bir sakitlik var idi. Mən sakitliyi sevmirəm. Buna görə də, onlarla söhbət etdim. Söhbətə cəhd etdim desəm, daha düzgün olar. Belə görünürdü ki, onlar da bundan zövq alırdılar”.