F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunun ikinci sessiyasında qəza edib və 13-cü yerə razı olub.
Daniel Rikkardo: “Məncə, həftəsonu yaxşı başladı. Keçən həftə Bakı yarışına hazırlaşmaq üçün çox işlədim və doğru yolda idim. Daha sonra tempim pis deyildi və rəqabətədavamlı görünürdüm. Lakin risk etdim və hər şey nazik bir xəttin üstündədir. Hələ də boliddə anlamalı olduğum şeylər var. Bir az vaxt lazımdır.
Orada vaxt qazana bilərdim və məndə bəxtimi sınadım. Amma işə yaramadı. Bu səhvdən dərs çıxaracam. Görək yarışda necə olur”.