D.Rikkardo: “Rəykkönen o cür bolidlə heç nə edə bilmir”

Əbu Dabi yarışında hidravlik sistemdəki problemə görə mübarizəni dayandıran və Sürücülər Çempionatında 4-cü yeri itirən Rikkardo məyusluğunu gizlətməyib

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 4-cü yerdən başlasa da, pit-stopdan sonra maşının hidravlik sistemində problem yaşanıb və yarışı vaxtından əvvəl dayandırıb. Rəykkönen isə 12 xal qazanaraq, Sürücülər kubokunda Rikkardonu qabaqlayıb.

Daniel Rikkardo: “Real danışsaq, Kimi altında o cür sürətli bolid varkən məni daha böyük fərqlə məğlub etməli idi. Buna görə də çox şey itirməmişəm. Təbii ki, son yarışda 5-ci yerə düşmək yaxşı deyil, amma bolidin performansından daha artığını çıxararaq, bu nəticələri qazandım. Buna görə xoşbəxtəm. Əlimə çoxlu fürsətlər keçsə də, yaşadığım mexaniki problemlər mənə mane oldu. Mövsümün ilk hissəsində Maks bu problemləri yaşayırdı. Qışda bunları həll etməliyik. Artıq mövsüm bitdi və önümüzdə uzun qış tətili olacaq. Mövsümün ikinci yarısında daha güclü idik və bunu gələn il də davam etdirməyə, mövsümə yaxşı başlamağa çalışacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*