F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində 3-cü sərbəst yürüşlərin bitməsinə 3 dəqiqə qalmış mühərrik problemi yaşayıb. Lakin Red Bull mexanikləri sıralanma turunun 1-ci sessiyasının bitməsimə 5 dəqiqə qalmış Rikkardonu trasa buraxa biliblər. Nəticədə gülərüz sürücü sıralanma turunda 6-cı yeri tuta bilib.
Daniel Rikkardo: “Belə hallarda heç vaxt ümidimi itirmirəm. Amma Renault-ya inamım azaldı. Hazırda heç bir gözləntim yoxdur. Mənim üçün işlərin qüsursuz getməsi bəs edir. Problemsiz həftəsonuna ehtiyacım var. Heyif ki, bu il də keçənilki kimi pis başladıq. Bu ilk dəfə başıma gəlməsə də, daha güclü olmağı gözləyirdim. Qış testlərində hər şey daha yaxşı idi. Xüsusən də, etibarlılıq cəhətdən problem yaşamamışdıq. İndi isə 3 yarış geridə qalmasına baxmayaraq, bəzi problemlər meydana çıxdı. Ümid edirəm ki, Renault problemləri həll edər”.