F-1.az xatırladır ki, komanda TAG Heuer brendi altında Renault mühərriklərindən istifadə edir. Red Bull-un ilk testlərdəki çıxışı heç də pis təsir bağışlamayıb.
Daniel Rikkardo: “Nəticələrə baxdığımızda gücün bir qədər artdığını görürük. Etibarlılığa görə testlərdə bir qədər ehtiyatla iştirak edirik. Növbəti 4 test gününü də yekunlaşdıraraq etibarlılıq sahəsində irəli doğru böyük addım atmaq istəyirik. İlk yarışlarda çox da yaxşı təsir bağışlayacağımızı gözləmirəm. Amma mövsüm boyu inkişaf edəcəyimizdən əminəm”.