D.Rikkardo Renault-da xoşbəxt deyil?

Renault komandasının sürücüsü Daniel Rikkardo gözəl performansına baxmayaraq, Mercedes və Ferrari tərəfindən rədd edildiyi üçün məyusdur.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il ilk 6 yarışın ikisində qalib gəlmiş və liderlər qrupunda yer almışdı. Buna görə də Ferrari və Mercedes-dən təklif gözləyirdi: “İlk 6 yarışdan sonra haqlı olaraq gözləntilərim artdı. Çünki iki dəfə qalib gəlmişdim. Qələbələrimin sayı Lyuis və Sebastyanla bərabər idi. Heç kəs bizə çata bilmirdi.

Amma Mercedes və Ferrari-nin məni istəməməsi məyus etdi. Çünki qələbə üçün onları məğlub etmək lazımdır. Bəzi komandalar bəzi traslarda yarışlar qazana bilərlər. Amma mən qısa zamanda bunu edə biləcək komandalar barədə düşünürdüm.

Məncə, Mercedes-in vəziyyəti fərqlidir. Seçdikləri yol bir az fərqlənir. Lakin bunu müzakirə etmək olmaz, çünki yaxşı işlədi. Lyuis Sürücülər, Mercedes isə Mühəndislər kubokunu qazandı. Beləliklə, ehtiyacları olan hər şeyi əldə etdilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*