F-1.az xatırladır ki, Rikkardo bu il 8 yarışda mübarizəni vaxtından əvvəl dayandırıb. Avstraliyalı sürücü bu ilin sonunda Red Bull-dan ayrılaraq Renault komandasına keçəcək.
Daniel Rikkardo: “2018-ci ildən sonra uğursuzluq zolağından çıxacam. Yeni mübarizəyə başlamaq üçün səbirsizlənirəm. Builki yarışlardan həzz alsam da, gələcəklə bağlı düşüncələrim dəyişmir. Başqa yerə gedib yeni macəralar tapmaq istəyirdim. Artıq yeni mövsümü gözləyirəm”.