D.Rikkardo: “Renault cəld tərpənməlidir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2017-ci ildə uğur qazanmaq üçün Renault tezliklə yenilik etməlidir.

F-1.az xatırladır ki, Red Bull komandası ilk yarış Avstaliyada rəqibləri Ferrari və Mercedes-in templərinə cavab verə bilməmişdi.

Daniel Rikkardo: “Döngələrə aqressiv girə bilmirik. Hazırda ən böyük problemimiz budur. Vəziyyət Maks üçün də keçərlidir. Ferrari və Mercedes sürücüləri daha aqressiv ola bilirlər. Renault bildirib ki, Kanadaya hərtərəfli yeniliklər gətirəcək. Bu gözəl xəbərdir, amma biz yarışçı olaraq bunun tez zamanda olmasını istəyirik. Sərbəst yürüşlərdə heç nə öyrənə bilmədiyimiz üçün sabahkı sıralanma turu çətin keçəcək. Bu cür hava şəraiti bizə öndə olmağa kömək edə bilər. Normal halda isə Ferrari və Mercedes favoritdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*