F-1.az xatırladır ki, avstraliyalı sürücü ilin sonunda McLarend-ən ayrılacaq və o özünə komanda tapa bilməyib. Buna görə də gələn il peletonda olmayacaq. Lakin onu yetişdirən və idmana gətirən Red Bull komandası yenə də Rikkardonu darda qoymayıb. 33 ayşlı pilot gələn ildən etibarən “qırmızı öküzlər”in ehtiyat sürücüsü olacaq.
Qeyd edək ki, Daniel 2014-2018-ci illərdə Red Bull komandasında yarışmış və 8 qələbə qazanmışdı.
Avstriya komandası hələ rəsmi açıqlama verməsə də, Helmut Marko son müsahibəsində bu xəbəri təsdiqləyib: “Rikkardo üçüncü sürücümüz olacaq. Çox sponsorumuz var və şou yürüşləri etməli oluruq. Daniel də yaxşı namizədlərdən biridir”.
Belə görünür ki, Red Bull “bal porsuğu” ləqəbli pilotu şou yürüşlərdə istifadə edəcək. Komandanın rəsmi ehtiyat sürücüsü Liam Lousondur.