F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi gələn ilin sonunda bitir və 28 yaşlı sürücüyə bir neçə komandadan təkliflər var.
Daniel Rikkardo: “Red Bull mükəmməl komandadır. Amma qələbə uğrunda mübarizə apara bilməsəniz, burada olmağın mənası yoxdur. Bu il yeni qaydalarla rəqabətədavamlı olmağı gözləyirdik, ancaq işlər qaydasında getmədi və Ferrari bizi qabaqladı. Uzun illərdir bu komandadayam və artıq çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Daha əvvəl bu komanda nələrə qadir olduğunu Sebastyanla göstərib. Mən də eynisini istəyirəm. Ümid edirəm ki, növbəti mövsüm rəqabətədavamlı olarıq”.