D.Rikkardo: “Red Bull-la hələ ikiillik müqaviləm var”

Avstraliyalı sürücü Mercedes AMG-yə keçəcəyi ilə bağlı iddialara cavab verib.

F-1.az bildirir ki, Mercedes AMG-nin Valtteri Bottas-ı Niko Rosberqin yerinə komandaya gətirəcəyi deyilir, lakin komanda qərarını açıqlamaqda tələsmir. Təbii ki, başqa sürücülərin də Həmiltonun komanda yoldaşı ola biləcəyi barədə söhbətlər gedir.

Daniel Rikkardo: “Red Bull-la ikiillik müqaviləm var. Yarışacağım yer buradır. Mercedes AMG-yə keçmək istəyən bir çox sürücü var. Onları başa düşürəm. Kim keçsə də, ümid edirəm ki, ondan gözlənilən nəticələri əldə edə bilər. Mən isə Albert Parkda Red Bull-un maşınının sükanı arxasında əyləşəcəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*