D.Rikkardo: “Red Bull gözləniləndən daha sürətlidir”

Rikkardo öz ölkəsindəki yarışda əldə etdiyi nəticədən razı qalıb.

F-1.az xatırladır ki, Red Bull-un sürücüsü Daniel Rikkardo dünən 8-ci yerdən başladığı Avstraliya Qran Prisini 4-cü yerdə bitirib…

Daniel Rikkardo: “Maraqlı yarış idi. Xeyli əyləndim. Uzun müddətdən sonra yenidən mübarizə aparmaq xoş idi. Maşının yaxşı olduğunu hiss etdim və komandama bunu vurğulamaq istədim. Startda vəziyyət yaxşı deyildi. Həm istifadə etdiyimiz təkər, həm də yanacaq yükünün çoxluğu əleyhimizə idi. Amma yarış davam etdikə hər şey yaxşıya doğru dəyişildi.

Rəqiblərimə hücum edərək onları keçmək əyləncəli idi. Yarışın sonunda podiuma yüksəlmək ümidi ilə təkərlərlə ehtiyatlı davrandım. Dördüncülük də yaxşı nəticədir. Mercedes AMG və Ferrari-yə yaxın olduğumuz üçün xoşbəxtəm. Yaxşı başlanğıc oldu. Maşın gözlədiyimizdən daha sürətlidir”.

Qeyd edək ki, onun komanda yoldaşı Daniil Kvyat elektrik sistemindəki problemlə əlaqədar yarışda start ala bilməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*