F-1.az xatırladır ki, Rikkardo Red Bull-dan ayrılması üçün bir sıra səbəblərin olduğunu bildirib, lakin belə görünür ki, onlardan biri – avstraliyalı sürücünün yarış mühəndisi Saymon Renninin komandanın Milton-Keynsdəki bazasında başqa vəzifəyə keçidi xüsusi rol oynayıb.
Daniel Rikkardo: “Bir çox səbəb var, amma Saymon Rennini itirməkş… Əgər komandada bu il qalsaydım, onun mənim yarış mühəndisim olmayacağını bilirdim. Onunla çox yaxşı münasibətimiz vardı və mən artıq kiminlə işləyəcəyimi bilmirdim. Onunla işləmək rahat idi. O, yerində qalsaydı, bəlkə də bu, komandada qalmam üçün bir səbəb olardı, amma həlledici rol oynayardımı, bilmirəm”.
Daniel həm də Qaslinin komandadan göndərilməsi məsələsinə toxunub: “Maksdan geri qalır, bu həqiqətdir. Komandada Maksdan razıdırlar və daha çox xal ala biləcəklərini başa düşürlər. Qasliyə nə olub, bilmirəm. Keçən il daha zəif maşınla yaxşı nəticələr əldə edə bilirdi. Bununla belə, Ferstappenlə komanda yoldaşı olmağın nə demək olduğunu bilirəm və Pyerin bunun öhdəsindən gələcəyini gözləmirdim. Onun Maksdan geri qalmasına yox, fərqin bu qədər böyük olmasına təəccüblənirəm”.