F-1.az xatırladır ki, Rikkardo Red Bull-un dəstəyi ilə Formula1-ə gəlib. Avstraliyalı sürücü göstərdiyi performansa görə adı Ferrari ilə bir çəkilir.
Xatırladaq ki, Rikkardo 2014-cü ildə Red Bull ilə 3 yarış qazanıb. Avstraliyalı sürücü son 2 yarışda qələbəyə yaxın olsa da, komandanın səhvlərinə görə qələbələri əldən verib.
Rikkardo gələcəyi barədə danışıb: “Düzünü desək, deyə bilərəm ki, əsas hədəfim çempion olmaqdır. Əgər Red Bull mənə “sənə bir neçə il ərzində çempionluq verə bilmərik” desə, onda mən də “bizimlə çempionluq mübarizəsi apara bilərsən” deyən bir komandaya gedərəm. Çempionluq uğrunda mübarizə aparmaq istəyirəm və bu istədiyim yeganə şeydir. Ad üçün bir yerdə olmaq istəmirəm. Nəticələr qazanmaq istəyirəm”.
Xatırladaq ki, Rikkardonun sabiq komanda yoldaşı Sebastyan Fettel də bildirmişdi ki, avstraliyalı sürücü ilə Ferrari-də komanda yoldaşı olmaqdan narahat deyil.