D.Rikkardo Red Bull-a qayıdır?

Son çıxan dedi-qodulara görə Daniel Rikkardo gələn il Red Bull komandasının ehtiyat sürücüsü olacaq.

F-1.az xatırladır ki, avstraliyalı pilot mövsümün sonunda McLaren komandasından ayrılacaq və böyük ehtimalla gələn il peletonda olmayacaq. Bal Porsuğu ləqəbli sürücü bir il ehtiyat sürücü olmaq şərti ilə 2024-cü ildə Formula1-ə qayıtmaq istəyir. Onun adı Mercedes komandası ilə hallanır. Amma deyilənə görə “gümüşü oxlar” bu iş üçün Mik Şumaxeri gətirmək istəyir.

İndi isə Rikkardonun adı sabiq komandası Red Bull-la hallanır. Daniel 2014-2018-ci illərdə “qırmızı öküzlər”in heyətində çıxış etmiş və 8 qələbə qazanmışdı.

Bu iddialara Rikkardo belə cavab verib: “Hazırda açıqlanacaq heç bir yenilik yoxdur. Sizdən heç nə gizlətmirəm. Bir şey olsa, ilk sizə deyəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*