F-1.az xəbər verir ki, avstraliyalı pilot maşından olduqca razı görünür.
Daniel Rikkardo: “Əla gün keçirdik. Biz həmişə intensiv proqramla işləyirik. Bugünkü proqrama yeni hissələri yoxlamaq da daxil idi. Biz buna nail olduq. Heç bir problemlə qarşılaşmadan 100-dən çox dövrə vurduq. Eyni zamanda, demək olar ki, bütün təkər növlərini test etdik. İndi isə nəticələri dəyərləndirməliyik.
İlk 2 gün mənim fikrimcə, yaxşı keçdi. Növbəti testlər və Melbrundakı mövsümün ilk yarışı üçün səbrsizlənirəm. Önümüzdəki növbəti 2 test günündən də yaxşı istifadə etməliyik”.
Qeyd edək ki, RB12-ni növbəti 2 test günündə Daniil Kvyat idarə edəcək.
.@danielricciardo‘s Tuesday:
Laps – 112
Fastest time – 1:23.525
Position – 2nd#F1Testing @RedBullRacing https://t.co/Ue4qmSRGcA— Formula 1 (@F1) February 23, 2016