D.Rikkardo qəza edib?

Red Bull komandası Daniel Rikkardonun Silverstounda çəkiliş günündə qəza etdiyini təsdiqləyib.

F-1.az xatırladır ki, RB14 təqdim edildikdən bir neçə saat sonra avstraliyalı sürücü yağışlı Silverstounda sükan arxasına keçib. Daha sonra 28 yaşlı sürücünün idarəetməni itirərək baryerlərə çırpıldığı iddia edilib. Resurslar Rikkardonun qəzadan yara almadan çıxdığını, lakin bolidin ön qanadının, burnunun, asılqanlarının və altlığının zədələndiyini yazıblar.

Qeyd edək ki, komandalar bu dövrlər ehtiyat hissələrə sahib olmurlar və buna görə də Red Bull Barselonadakı qış testlərinə hazırlıqsız gedə bilər. Amma komandanın mətbuat katibi bildirib ki, yeni detallar Barselonaya qədər hazır olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*