D.Rikkardo: Qəribə yarış idi

Emiliya Romanya Qran Prisində gözlənilmədən podiuma çıxan Daniel Rikkardo bildirib ki, yarış çox qəribə olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 5-ci yerdən başlasa da, startda 4-cü yerə yüksələ bilib. Lakin pit-stoplardan sonra rəqibi Serxio Peresin arxasına düşüb. Ancaq Ferstappenin qəzasından sonra Racing Point komandası Peresi yenidən pitə çağırıb və nəticədə Rikkardo üçüncü yerə yüksələrək, builki ikinci podiumunu əldə edib.

Daniel Rikkardo: “Çox qəribə yarış idi. Startdan sonra 4-cü yerə yüksəldim. Önümüzdəki üç sürücünün kim olduğunu düşünəndə, ala biləcəyimiz ən yaxşı nəticə idi. Ancaq Peresin də tempi yaxşı idi. Pit-stoplarda bizi qabaqladı və deyəsən təhlükəsizlik maşını rejimində Soft təkərər üçün pitə gəldi. Biz isə trasda qalmağa üstünlük verdik.

Maksa nə olduğunu bilmirəm. Lakin onun bu problemi bizə podium qazandırdı. Kvyat son dövrələrdə haradan gəldi bilmirəm. Hər şey yarışın sonlarında baş verdi və həzz aldım. Bu trasda ötmə etmək çətin idi, ancaq tras çox gözəldir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*