F-1.az xatırladır ki, Red Bull komandası keçən mövsümün ilk yarışlarında Ferrari və Mercedes-dən geri qalmışdı.
Daniel Rikkardo: “Bizi həyəcanlı mövsüm gözləyir. Hamımız bilirik ki, istədiyimiz şeyi əldə etmək üçün çox işləməliyik. Uğura inanıram. Qaydalar çox dəyişməyib və keçən il bolidi çox təkmilləşdirdik. Buna görə də performansı yeni mövsümdə artıra bilərik. Hər şeyi zaman göstərəcək”.