D.Rikkardo qələbəni əldən verdiyi üçün məyusdur

Yarışa pouldan başlayan və lider olaraq davam edən Rikkardo pit-stopda itirdiyi vaxta görə Lyuis Həmiltonun arxasında trasa qayıdıb və qələbəni əldən verib.

F-1.az xəbər verir ki, yarışın yağışlı havada keçən ilk hissəsində lider olaraq davam edən Rikkardo pit-stopda komandanın təkərləri hazır vəziyyətdə saxlamaması üzündən ciddi vaxt itirib.

Daniel Rikkardo: “‘Yarış barədə əslində heç danışmaq istəmirəm. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Kənardan baxdıqda yaxşı bir şou nümayiş etdik, amma əslində yarış göründüyü qədər həyəcanlı deyildi. Ardıcıl 2-ci dəfə yarışı batırdıq.

Məni pit-stopa komanda çağırdı, bunu mən tələb etmədim. Hazır olmalı idilər. Bu məni məyus edir. Bu barədə deyəcəyim söz yoxdur. Sürətli idik və yağışda fərqi artırdım. Keçid təkərlərinə keçərək lazımsız yerə Lyuislə mübarizəyə başladım. Hər cəhətdən daha sürətli idim. Buna görə də 2-ci yer tutmaq heç bir məna kəsb etmir”.

Helmut Marko: “Qələbəni Mercedes-ə verdik. Təəssüf ki, səhv anlaşılma problemi oldu. Məsələni araşdırıb daha dəqiq söz deyəcəyik. Rikkardo üçün təəssüflənirəm. Edə biləcəyimiz yeganə şey ondan üzr istəməkdir”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*