F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa pouldan başlasa da, startda üçüncülüyə geriləyib. Amma Rikkardo daha sonra 2-ciliyə yüksəlsə də, hidravlik problemə görə mübarizəni dayandırıb. Beləliklə, 29 yaşlı sürücü son 11 yarışda 6-cı dəfə finişə çata bilməyib.
Daniel Rikkardo: “Əsəb pozğunluğu doğru söz deyil. Artıq ümidsizəm. Düzünü desəm, növbəti yarışlara çıxmaq belə istəmirəm. İndiyə kimi təmiz bir həftəsonu keçirə bilmədim. Elə şeylərə inanmasam da, bu maşın lənətlənib. Başqa sözüm yoxdur. Bunun üçün ən yaxşı söz çarəsizlikdir. Həftəsonu ərzində start məşqlərim əla idi, amma yarışda hər şey tərzinə döndü. Yarışdakı hadisələrin məntiqi açıqlaması yoxdur. Qasli sabahdan maşını götürə bilər. Bezmişəm”.