D.Rikkardo problemi hiss edibmiş

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, mühərrik probleminə görə mübarizəni dayandırdığı üçün məyusdur.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ilk pit-stopundan sonra mühərriyi dayandığı üçün mübarizəni saxlamalı olmuşdu.

Daniel Rikkardo: “Deyəsən, yağ təzyiqini itirirdik və daha sonra mühərrik tamamilə dayandı. Bir neçə dövrə əvvəl mühərrikdə qəribəlik olduğunu hiss etmişdim. Heyif ki, bu hisslərim doğru çıxdı və hər şey bitdi. Ona qədər yarış mənim üçün yaxşı gedirdi. Bottası qabaqlamaq üçün əlimdən gələni etsəm də, bəs eləmədi.

Meksika Qran Prisində böyük ehtimalla mühərrik cəzası alacam və buna görə sonuncu yerdən başlaya bilərəm. Çətin yarış olacaq, amma əlimdən gələni edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*