D.Rikkardo: “Poul qazana bilərik”

Macarıstanda cümə günü sərbəst yürüşlərini lider qismində bağlayan Daniel Rikkardo bildirib ki, sıralanma turunda poul almaq şansı var.

F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə günü keçirilən hər iki sessiyada da lider olub.

Daniel Rikkardo: “Bu gün gözəl performans göstərdik. Rəqiblərimizdən yaxşı dövrələr vurduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, tempimizi sabah da davam etdirərik. Mercedes və Ferrari sıralanma turunda performanslarını artıra bilir. Buna görə də hazırlıqlı olmalıyıq. Sadəcə bu günə baxanda poul üçün yaxşı şansımızın olduğunu düşünürəm. Yarış tempində də çox güclü idik. Ümid edirəm ki, sabah və sonrasında problem yaşamarıq. Uzun müddətdir ki, həftəyə gözəl başlanğıclar edə bilmirdik. Bu gecə rahat yatacam, amma əsl iş sabah başlayacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*