F-1.az xatırladır ki, avstraliyalı sürücü Renault-dakı ilk mövsümündə qeyri-stabil performans göstərmiş və ən yaxşı nəticəsi İtaliyada qazandığı 4-cülük olmuşdu.
Daniel Rikkardo: “Podium üçün çox darıxmışam. Artıq iki ildir ki, podiuma həsrətəm. Renault-ya gələndə əsas hədəfimiz 2020-ci ildə podium uğrunda mübarizə aparmaq idi. Bunu bacara bilərik. Podiuma yüksələrək, komanda ilə sağollaşmaq əla olar.
McLaren-ə gedəcəyimi deyəndə komandadakılar mənə xoş sözlər dedilər. İlin sonuna kimi onlarla olacağam və hamımız çox həyəcanlıyıq. Bacardığım qədər yaxşı iş görməyə çalışacağam”.