F-1.az xatırladır ki, Rikkardo mövsümün ilk yarışlarında bəzi problemlərlə üzləşdi, amma avstraliyalı sürücü İspaniyada bu gedişatı dəyişdirmək istəyir.
Daniel Rikkardo: “Barselona yarışı yayın başlanğıcından xəbər verir. Hava daha yaxşı olur və biz Kataloniya trasında yaxşı nəticələr qazanırıq.
Trası yaxşı tanıyıram və burada çox vaxt keçirmişik, amma həmişə öyrənməyə yeni şeylər tapılır və buna görə də hər şeyi bildiyimi deyə bilmərəm.
Barselona trası yüksək asfalta yatma qüvvəsi tələb edir və bolidə bir neçə detal əlavə edib, sürətli ola bilərik.
Təkərlər üçün çətin trasdır, amma biz bu mövzuda rəqiblərimizdən güclüyük. Buna görə də biz podiuma çıxa bilərik”.
Qeyd edək ki, Rikkardo İspaniya QP-də yeni komanda yoldaşı Ferstappen ilə ilk yarışına çıxacaq…