F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda lider Həmiltondan 0.8 saniyə geri qalaraq 5-ci olub.
Daniel Rikkardo: “5-ci yer də, 6-cı yer də yaxşı olsa da, sessiya qorxunc idi. Çünki özümü sərnişin kimi hiss etdim. Boliddən istədiyim performansı ala bilmədim. Hər şey məhdud idi. Ön qanaddakı hər şeydən istifadə etsək də, bolid öndən sürüşməyə meyilli idi və tez əldən çıxırdı. Əlimizdən heç nə gəlmirdi. Üçüncü sərbəst yürüşlər üçün bəzi dəyişikliklər etmişdik, amma yağış yağdığı üçün yoxlaya bilmədik. Cümə günü istifadə etdiyimiz sazlanmalara qayıtmalı olduq. Paketimizdə asfaltayatma qüvvəsi rəqiblərimizdən yaxşıdır və buna görə düzlükdə hücum etmək asan olmayacaq. Yaxşı starta ehtiyacımız var”.