F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə sərbəst yürüşlərində 1-ci yeri tutsa da, sıralanma turunda Fettellə komanda yoldaşı Ferstappenin tempinə cavab verə bilməyib.
Daniel Rikkardo: “Sözün açığı, özümü bir az məğlub olmuş kimi hiss edirəm. Dünəndən sonra poul şansımız var idi, amma Sebastyanı qabaqlaya bilmədik. Lakin sabaha ən yaxşı formada hazırlaşmalıyıq. Önümüzdə uzun bir yarış var və düşünürəm ki, bolidimiz çox güclüdür. Qazanmaq şansımız var. Bilirdik ki, Ferrari sıralanma turunda mühərriyi açacaq. Yenə də yarışı qazanmaq barədə düşünürük. Ümid edirəm ki, problem yaşamarıq”.