F-1.az xatırladır ki, ötmələr asanlaşsın deyə keçən il texniki reqlamentdə bir sıra dəyişikliklər olmuş və daha bəsit və enli ön qanadlar gətirilmişdi. Ancaq ötmələr artmadı və ötmələr azaldı.
Daniel Rikkardo: “Reqlamentin stabil qalması ilə vəziyyət daha da çətinləşdi. Bu il bolidlərdə asfalta yatma qüvvəsi daha çoxdur. Daha sürətli olduğumuzçün daha çox çirkli hava atırıq. Rəqibinizi izləyərkən bunu hiss edirsiniz. İspaniya kimi bir trasda rəqibi izləmək çətin olacaq. İşlər daha da pisləşib.
Məncə, Formula1 darıxdırıcı deyil. Bəzən həyəcansız yarışlar olur və mən də bolidin içində darıxıram. Amma futbolda bir oyun 0-0 bitəndə eyni hal yaşanmır: Məncə, DRS şounu artırıb və indi də büdcə limiti gələcək. Beləliklə, Formula1 daha maraqlı olacaq”.