F-1.az xəbər verir ki, avstraliyalı sürücü mövsüm ərzində 43 ötmə edib və onu 22 ötmə ilə komanda yoldaşı Maks Ferstappen izləyib. Rikkardonun bu ötmələrindən 3-ü ilin ən gözəl ötməsinə namizəd olub. Sebastyan Fettel 2 namizəd ötmə ilə 28 yaşlı sürücünü təqib edib.
Qeyd edək ki, “gülümsəyən sürücü”nün Bakıda Ləns Stroll, Niko Hülkenberq və Felipe Massaya, Belçikada Bottasa və İtaliyada Rəykkönenə etdiyi hücumlar namizədlər arasındadır. Digər namizədlər isə Okon, Maqnussen, Həmilton, Sayns və Alonsodur…