F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 16-cı yerdən başlasa da, finişi 9-cu yerdə keçib. Beləliklə, 31 yaşlı pilot McLaren ilə çıxdığı hər 3 yarışdan da xalla ayrıla bilib.
Daniel Rikkardo: “Düzünü desəm, sevinmək çətindir. Əminəm ki, əksəriyyətimiz özümüzə inanırıq, ancaq tam performansınızı göstərə bilməyəndə məyus oluruq. Formula1-də sıralanma turu çox vacibdir. Lakin sıralanma turu pis keçəndən sonra yarışda da işimiz çətinləşir. Sıralanam turundakı nəticəmi düşünməmək üçün boks oyunların baxırdım.
Alonso Hard təkərlərdə çox sürətli idi. Əgər belə davam etsələr, bizim üçün əsas rəqiblərdən birinə çevriləcəklər. Orta qrupdakı mübarizə trasdan-trasa dəyişəcək”.