F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 5-ci yerdən start versə də, Fettellə Bottasın qəzasından sonra 4-cü yerə yüksəlib. Daha sonra Karlos Saynsı geridə qoyan “gülərüz sürücü” pit-stopdan iki dövrə əvvəl ön qanad problemi yaşayıb. Buna görə də yarışın sonunda Kimi Rəykkönenin hücumlarını dəf edə bilməyərək, 4-cü yerlə razılaşıb.
Daniel Rikkardo: “Məyusam. Pit-stopuma doğru tempim yaxşı idi və Maksa çatıb, Kimidən uzaqlaşırdım. Sonra pitə girdik və uşaqlar ön qanadın sol tərəfindən detalların qırıldığını, bunun pit-stopdan iki dövrə əvvəl baş verdiyini dedilər. Bundan sonra öndən sürüşmələr başladı. Qırılmanın səbəbini bilmirəm. Soft təkərlə pitdən çıxdıqdan sonra problemlərimiz çoxalmışdı. Bir neçə dövrədən sonra komanda sağ tərəfin də qırıldığını dedi. Lakin səbəbini bilmirəm. Buna görə yavaşladıq. Asfaltayatma qüvvəsi azalmışdı və bolid öndən sürüşürdü. Pit-stopdan sonra bolid problemli idi”.