F-1.az xatırladır ki, Red Bull komandası bu mövsüm 4 yarışın yalnız birində hər iki maşınla finiş görə bilib. Bu problemlərdən ikisi isə əyləclə bağlı olub.
Daniel Rikkardo: “Force İndia komandasının harada olduğunu görmək üçün güzgüyə baxanda gördüm ki, maşından tüstü çıxır. Bu barədə komandaya məlumat verdim və məni pitə çağırdılar. 15-ci döngədə oldu və az qala divara çırpılırdım. Yarışın ilk dövrələri idi. Mübarizəni belə tez dayandırmaq məyusedicidir.
Ardıcıl ikinci yarışda heç kim eyni problemi yaşamaq istəməz. Deyəsən, bu sahəyə fokuslanmalıyıq. Barselonadan əvvəl bu yöndə işləyəcəyik və görək nə olur”.