F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 12-ci olub və Leklerin cəza alması ilə yarışa 11-ci yerdən başlayacaq.
Daniel Rikkardo: “Orta qrup komandaları yaxındırlar. Burada dövrə qısadır və döngə azdır. Mübarizənin yaxın olmasını sevirəm. Son cəhdimdə əlimdən gələni etdim, amma təkərlərim bir az çox qızdı. Təbii ki, son sessiyaya qalmaq istəyərdik. Amma bu, faciə deyil və yarışmaq üçün həyəcanlanıram. Təkər seçimində sərbəst olacağıq və xallar almaq üçün şansımız var”.