D.Rikkardo: “Neçə saat gözləyib xalsız qalmaq pis oldu”

Red Bull komandasının sürücüsü Bəhreyn yarışından sonra məyusluğunu gizlətməyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışda 4-cü yerdə gedərkən elektrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Daniel Rikkardo: “Səkkizinci döngənin girişində güc qurğusunu itirdik. Hər şey bağlandı və əlimizdən heç nə gəlmirdi. Bu elektrik və ya batareya problemi ola bilər. Hələ heç nə bilmirəm. Komandada hamı məyusdur. Tempimizin yaxşı olduğuna əmin idik. Həftəsonu hər şey əla gedirdi. Sadəcə bir dövrə vurdum və Kiminin arxa təkərlərdə problem yaşadığını görürdüm. Şansımız var idi və buna görə məyusam. Yarışın əvvəlində mübarizəni dayandırmaq çox pis haldır. Bütün günü gözləyirsiniz və iki dəqiqədən sonra mübarizəni dayandırırsınız. İçimdə iki saatlıq bir adrenalin var və bununla nə edəcəyimi bilmirəm. İdman bəzən məyus edir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*