F-1.az xəbər verir ki, Red Bull-un sürücüsü Daniel Rikkardo Ferstappen və Rəykkönenin 2 pit-stop etdiyi bir vaxta komandanın ona 3 pit-stoplu strategiya seçməsini tənqid edib: “Lider idim və hər şey əlimdə idi. Yarış əlimizdə idi. Üç pit-stop strategiyasına keçdik və üstəlik, bunu çox gec etdik. Artıq Sebastyan eyni strategiya ilə məni keçmişdi. Sürətimin az olduğunu bilirdik və keçid etmək çətin idi. Buna görə də bir nəticə əldə edə bilmədik.
Bir anlığa elə bildim ki, hamı 3 dəfə pit yoluna yönələcək. Amma belə olmadı. Əsəbiyəm, çünki qələbəni əldən verdim. Nəyə görə mənə bunun edildiyini başa düşmürəm. Normal halda öndə olan sürücü üçün daha yaxşı strategiya seçilir. Amma bu gün belə olmadı…
Mən pis idmançı kimi ad çıxarmaq istəmirəm. Maks bu gün qalib gəldi və komandamızla ilk yarışı idi. Trasda olan oldu, finiş xəttini 1-ci keçdi. Onun üçün böyük gündür və onu təbrik edirəm. Mən Maksa yox, yaranmış vəziyyətə görə əsəbiyəm”.