F-1.az xatırladır ki, avstraliyalı pilot daha əvvəl burada 2 poul və 1 qələbə əldə edib.
Daniel Rikkardo: “Monakoda yenidən yarışmaq həyəcanımı artırır. Gulf rəngləri ilə yarışmaq həyəcanımızı daha da artırır. Bu həftəsonu bolidin yeni rəng çalarına uyğun retro dəbilqəm olacaq. Monako təqvimdə ən çox sevdiyim traslardandır. Burada sürmək gözəldir və burada yarışdığımız üçün şanslıyıq. Bura digərlərindən fərqlidir.
Son yarışlarda inkişaf etmişik. İspaniyada bunu göstərdik. Boliddə özümü yaxşı hiss etməyə başlayırıq. Sıralanma turu çox vacibdir. Yarışda da nəticələr bir-birinə yaxın olur. Əlimizdən gələni edib yaxşı xallar qazanmağa çalışacağıq”.