D.Rikkardo: “Məyus deyiləm”

Rusiya Qran Prisinin sıralanma turunda lider Sebastyan Fetteldən 1.8 saniyə geridə qalan Daniel Rikkardo bu fərqə baxmayaraq, müsbət yöndə düşünür.

F-1.az xatırladır ki, avstriyalılar cümə günündən etibarən rəqabətədavamlı olmayıblar. Sıralanma turunda Rikkardo 5-ci, Maks Ferstappen isə 7-ci yeri tutub.

Daniel Rikkardo: “Bu gün 5-ci yerdən yaxşı nəticə qazana bilməzdik. Buna görə də məyus deyiləm. Aradakı fərqə baxanda çox olduğunu gördüm. Onsuz da buradan ümidli deyildik. Keçən ilin sıralanma turunda da liderdən bu qədər geridə qalırdıq. Yəni ki, ortada dram yoxdur. Sabah məqsədimiz podium uğrunda mübarizə aparmaq olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*