F-1.az xatırladır ki, yerli qəhrəman sayılan Rikkardo cümə gününü 5-ci yerdə tamamlayıb.
Daniel Rikkardo: “Mercedes hazırda ən sürətli boliddir. Yenə də, fərq gözlədiyimdən azdır və sıralanma turunda fərqi bir az da azalda bilərik. Boliddə temp var. Tam qüvvəmizlə işləməmişik. Bu gün bizim üçün yaxşı olmadı, amma sabah daha güclü olacağıq. Əgər Lyuis sabah qüsursuz bir dövrə vursa, poul qazanacaq. Ferrari isə hələ də müəmmalıdır. Bu gün real güclərini göstərmədilər. Sıralanma turu və yarışda çox yaxın mübarizənin şahidi ola bilərik. Öz ölkəmdəki yarışdan həzz almaq istəyirəm. Ümid edirəm ki, gözəl nəticə alaraq, yerli publikanı sevindirərəm”.