F-1.az xatırladır ki, Mercedes ikinci sessiyada ilk iki yeri tutub. Red Bull sürücüləri isə Sebastyan Fetteldən geridə qalaraq, 4-cü və 5-ci olublar.
Daniel Rikkardo: “Düşünürəm ki, sabah daha güclü olacayıq. Üçüncü yer uğrunda gözəl mübarizə olacaq. Gözlənildiyi kimi Mercedes öndədir, amma çox öndə deyil. Bu günə baxsaq, bazar günü onlarla mübarizə aparmaq şansımız var. Bu gözəl olar”.
Ferstappen isə inanır ki, onlar Ferrari-dən daha güclü ola bilərlər: “Yaxın mübarizə olacaq. Ferrari bu həftəsonu çox güclüdür, ancaq onlardan güclü olacağımıza əminəm. Çox geri qalmırıq. Ferrari bizdən sürətli görünsə də, sürətli dövrəmdə trafikdə ilişdim. Əminəm ki, onlara çox yaxınıq. Sabah sıralanma turu çox həyəcanlı keçəcək.
Ferrari-dən 0.25 saniyə geri qalırdıq və mən ən sürətli dövrəmdə trafikə düşməsəydim, o nəticəni göstərə bilərdim. Trafikdə 0.2-0.3 saniyə vaxt itirdim. Çox uzaqda deyilik”.