F-1.az xatırladır ki, avstraliyalı sürücü testlərin 6-cı günündə 165 dövrə vurub və 1.18.047 zaman nəticəsi ilə birinci olub.
Daniel Rikkardo: “Bu gün irəliyə doğru böyük addım atdıq. Bolid daha sürətli və daha etibarlı idi. Performansdan razıyam. Yenə də ilk yarışa qədər inkişaf edə bilərik. Bu gün 160-170 dövrə vurmağı planlaşdırırdıq və bacardıq. Bolid yaxşılaşıb. Hər şey yaxşı işlədi. Razı qaldım. Deyəsən bir az formadan düşmüşəm. Ağrıdan gecə gözümə yuxu getməyəcək.
Artıq Mercedes-ə çox uduzmuruq. Keçən il fərq 0.6-0.8 idisə, bu il 0.1-0.2 saniyədir. Ferrari-nin də nə vəziyyətdə olduğunu Melburnda görəcəyik. Həm Maks, həm də mən rəqabətədavamlı maşınla yarışa bilsək, gözəl olar”.