F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən ilin sonunda Red Bull komandasından ayrılaraq, Renault-ya keçib. 30 yaşlı sürücünün builki ən yaxşı nəticəsi Kanada yarışındakı altıncıllıq olub. Maks Ferstappen isə biri qələbə olmaqla 3 dəfə podiuma yüksəlib.
Daniel Rikkardo: “İnsanlar tez-tez mənə deyirlər ki, Maks podiuma yüksəlir, amma sən ora yaxınlaşa bilmirsən. Lakin son 5 ildə ancaq bunu edirlər. Keçən il bu vaxtı Red Bull 3 yarış qazanmışdı. Bu il isə sadəcə bir qələbələri var. Red Bull-da qalsaydım, belə olmayacaqdı. Əgər Mercedes-də yarışmırsınızsa, istədiyiniz nəticəni heç vaxt almayacaqsınız. Renault-ya keçdiyim üçün peşman deyiləm. Nəticələr gözəl olmasa da, komandanın işindən razıyam”.