F-1.az xatırladır ki, Red Bull komandası Avstraliyada əsas rəqiblərindən zəif olmuşdu. Komandanın 19 yaşlı sürücüsü Ferstappen 5-ci yeri tutduğu halda, sıralanma turunun üçüncü sessiyasından etibarən problemlərlə boğuşan Rikkardo yarışı bitirə bilməmişdi.
Daniel Rikardo: “Şanxayda əsas məqsədim yarışa başlayıb və bitirmək olacaq. Bu isə Melburndan daha yaxşı nəticə deməkdir. Ferrari və Mercedes-ə burada daha yaxın ola bilərik.
Qələbə üçün ən böyük favorit Mercedes-dir. Amma onların əlindən qələbəni almaq gözəl olar. Ferrari ilk yarışda əla performans göstərsə də, sürət cəhətdən Mercedes-ə uduzur. Bizim məqsədimiz əvvəlcə Ferrari-yə çatmaq, sonra da Mercedes ilə çempionluq uğrunda mübarizə aparmaq olacaq. Amma addımlarımızı yavaş-yavaş atmalıyıq. Böyük səhvlər edərək, daha da pis vəziyyətə düşmək istəmirik”.