F-1.az xatırladır ki, Red Bull Amerikada da Ferrari-ləri qabaqlayıb. Rikkardo ikinci sessiyada SuperSoft təkərlərlə, Ferstappen isə Soft təkərlərlə ən sürətli dövrəsini vurub.
Avstraliyalı sürücü sıralanma turundan sonra fikirlərini bildirib: “Narahat deyiləm. Bu nəticəni gözləyirdik. Maks Soft təkərləri istədi. Mən isə SuperSoft təkərlərdən razı idim və strategiyaları bölməyə qərar verdik. Bu mənə startda üstünlük verməlidir.
Mercedes sürücüləri çox üstündürlər. Buna görə də Ferrari ilə mübarizə gözləyirik. Bolidin performansından razıyam və sabahkı yarışda onları məğlub edə bilərik. Tras sərbəst yürüşlərdə olduğundan fərqli idi. Nəticəyə necə təsir etdi bilmirəm, amma əlimizdən bundan yaxşısı gəlmədi”.