F-1.az bildirir ki, Rikkardo keçən il gələcəyi ilə bağlı Marko ilə mərcə girib və 1000 avro uduzub.
Belə ki, avstraliyalı sürücü 2018-ci ilin sonun da Bottasın Mercedes-dən ayrılacağını desə də, Marko əksini düşünüb və Red Bull komandasının idman məsləhətçisi mərci qazanıb.
Daniel Rikkardo: “1000 avro qazandı. Həmişə mərcə girmək istəyir. Mərcə girmək istəyənlər həmişə nəticəni bilirlər. Qumarbaz deyiəm. Mərc oyunları oynamıram və qumarxanaya getmirəm. Məni Helmut məcbur etdi.
Amma Avstraliyada yenə mərcə girdik və pulumu geri aldım. Mənə demişdi ki, sıralanma turunda üçlüyə düşəcəyik. Mən əksini düşünürdüm və bacarmadılar. Pulumu geri aldım”.