F-1.az xatırladır ki, avstraliyalı sürücü qeyri-adi ötmələriylə yadda qalıb. Əksəriyyət bu tərz ötmələri Rikkardonun idmana gətirdiyini deyir. 30 yaşlı sürücü də təvazökar davranmır: “Ayrton Senna trasda çox qəddar idi. Eyni zamanda sadə idi. Özümün elə olduğunu deyə bilmərəm. Bəzi ortaq nöqtələrimiz olsa da, mən idmana yeniliklər gətirdim və tayım-bərabərim yoxdur”.
D.Rikkardo: Məndən bir dənədir
Renault komandasının sürücüsü Daniel Rikkardo idmana yeni tərz gətirdiyini düşünür.