D.Rikkardo McLaren-ə getməyi düşünür

İspaniya mətbuatının verdiyi xəbərə əsasən, Daniel Rikkardo 2021-ci ildə McLaren-də yarışmaq istəyir.

F-1.az bildirir ki, avstraliyalı sürücü 2018-ci ildə Red Bull-dan ayrılma qərarı aldıqdan sonra birinci Mercedes və Ferrari ilə danışıqlar aparsa da, hər iki komanda 30 yaşlı pilotu transfer etməmişdi. Gülərüz sürücü bundan sonra Renault-nun heyətinə qatılmışdı.

Ancaq Fransa komandası 2019-cu ildə gözləntiləri qarşılamadı və belə görünür ki, Rikkardo da axtarışlara başlayıb. Bəzi iddialara görə, Ferrari və Mercedes komandaları “bal porsuğu” ləqəbli sürücü ilə maraqlanırlar. Əgər Danielin bu iki komandaya transferi alınmasa, McLaren avstraliyalı pilot üçün ikinci seçim olacaq. Eyni iddialara əsasən, bu keçid baş tutsa, Fernando Alonso iki dəfə Dünya Çempionluğu qazandığı Renault-ya transfer oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*