F-1.az xatırladır ki, avstraliyalı sürücü 2021-ci ildə McLaren-ə transfer olunmuş və burada çox bərbad iki mövsüm keçirmişdi. Belə olan halda isə tərəflər razılaşaraq müqaviləni ləğv etmiş və Rikkardo daha əvvəl yarışdığı Red Bull-a ehtiyat sürücü kimi qayıdıb.
Daniel Rikkardo: “McLaren-dəki problemləri olduğu kimi qəbul etməliyəm, amma uğursuz olmadım. Buna görə də Maksla mübarizə apardığım yerə qayıtmağa qərar verdim. Burada güclü tərəflərimi göstərə bilirəm. Görək nə olur”.